Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
21 Noyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 01-15 noyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq
ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 98 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 26 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 17 iş üzrə 37650 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 18 iş üzrə 1296.53 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 135 iş üzrə 43077.9 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 3, icra qruplarına 16, məhkəmələrə isə 1 iş göndərilmişdir.