Xəbərlər

Bakıda ətraf mühitin mühafizəsi üzrə 3-cü Beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” sərgisi keçiriləcək

20 Noyabr 2012, 00:00

21-23 noyabr 2012-ci il tarixlərində “Bakı Expo” sərgi mərkəzində “Britaniyanın “İTE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “İteca Caspian” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və iştirakı ilə Ətraf mühitin mühafizəsinə həsr olunmuş 3-cü Beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” sərgisi keçiriləcək.
Sərgidə ekoloji problemlərin həllində qabaqcıl təcrübəyə malik 60 xarici, eləcə də yerli şirkətlər iştirak edəcəklər.
Sərginin keçirilməsində əsas məqsəd ölkədə ekoloji təhlükəsizliyin təmin olunması üzrə təbii sərvətlərin qorunub saxlanılmasına və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və təbliğ etməkdir.
Sərgi ekspozisiyası insanların diqqətini ətraf mühitin mühafizəsi problemlərinə və onların həllinə cəlb edərək təbii resursların səmərəli istifadəsi sahəsində ən yeni layihələri təqdim etməklə yanaşı, tullantıların emalı üzrə ən müasir texnologiyalar və alternativ enerji avadanlıqlarının nümunələrini nümayiş etdirəcək.
Sərgi üç gün davam edəcək.