Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

19 Noyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə noyabrın 19-u gecə və səhərədək yağan yağışlarla, əsasən Lənkəran-Astara bölgəsində intensiv olması nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Beləki, Lənkərançay-Lənkəranda 20 sm, Lənkərançay-Sifidorda 5 sm,
Vəşərüçay-Daştatükdə isə suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-180, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 145 m3/s, ongünlük normanın 82 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 158 m3/s və ongünlük normanın 90 faizini təşkil etmişdir.
Noyabrın 19-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 130 m3/s təşkil etmiş və ongünlük normanın 152 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 10 sm , Şirvanda 13 sm, Salyanda 31 sm, Bankədə 8 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 7 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 428 sm (2011-ci il noyabrın 19-da 552 sm), Şirvanda 311 sm (2011-ci il noyabrın 19-da 449 sm ), Salyanda 263 sm (2011-ci il noyabrın 19-da 456 sm), Bankədə 244 sm (2011-ci il noyabrın 19-da 309 sm), Araz çayının Novruzlu məntəqəsində isə 163 sm (2011-ci il noyabrın 19-da 300 sm) təşkil edir.