Xəbərlər

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni yaradılmış “Xəzər dənizi suyunun duzsuzlaşdırılması qurğusu” və “Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik” müəssisələrində işə qəbula dair müsabiqə elan edir:

17 Noyabr 2012, 00:00

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəniz suyunun duzsuzlaşdırılması üçün yüksək texnalogiyaya əsaslanan zavod- “Xəzər dənizi suyunun duzsuzlaşdırılması qurğusu” və müasir tinglikdən ibarət kompleks- “Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik” müəssisələri yaradılmışdır. Müəssisələr Salyan rayonunun Xıdırlı kəndinin inzibati ərazisində yerləşir.

“Xəzər dənizi suyunun duzsuzlaşdırılması qurğusu” və “Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik” müəssisələrində müasir bilik və bacarıqlar tələb edən inzibati və texniki vəzifələrin tutulması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən müəssisələrdə uyğun vəzifələrdə işləmək üçün aşağıdakı ixtisaslara uyğun şəxsləri işə dəvət edir:
1. Ekologiya;
2. Ekologiya mühəndisliyi;
3. Su qurğuları üzrə mühəndis;
4. Mühəndis ”“mexanik;
5. Mühəndis ”“ elektrik;
6. Mühəndis ”“ hidrotexnik;
7. Kimya mühəndisi;
8. Meşəçilik;
9. Biologiya;
10. Aqronomluq;
11. Torpağın meliorasiyası.

QEYD: işçilər müəssislərə gediş-gəliş üçün nəqliyyat vasitəsi ilə təmin olunacaqlar. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödəniləcəkdir. Müsabiqədən keçən namizədlər üçün xarici mütəxəssislər tərəfindən müvafiq təlim kursları təşkil olunacaqdır. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2012-ci il 26 noyabr tarixinədək Müsabiqə Komissiyasına sənədlərini təqdim etməlidirlər.
Aşağıda göstərilən sənədlər Müsabiqə Komissiyasına təqdim olunmalıdır:
1. Anket
2. Tərcümeyi-hal
3. Diplomun surəti (əgər varsa, başqa sertifikatların surəti)
4. Əmək kitabçasının surəti
5. Rəngli foto şəkil ”“ 2 ədəd (4x6)
6. Hərbi biletin surəti
7. Şəxsiyyət vəsiqəsinin surəti
Müsabiqə komissiyası: Ünvan: Bakı şəhəri, B.Ağayev küçəsi 100A,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Mehman Nəbiyev

Əlaqə telefonu: 538 70 73;
Mob: 055 455 41 40
Email: man.nabiyev@mail.ru