Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının üçüncü iclası öz işinə başladı
16 Noyabr 2012, 00:00
16 noyabr 2012-ci il tarixində Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının üçüncü iclası keçirilir.
İclasda Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Bürosunun direktoru Suzanna Cakab, BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Bürosunun Direktoru Yan Dusik, Serbiya Respublikasının Səhiyyə Nazirliyinin Dövlət Katibi Vladimir Djukiç, Sloveniya Respublikasının Səhiyyə Naziri Tomas Gantar,
Belarusiya Respublikasının Ətraf Mühit Naziri Vladimir Tsalko, Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Ətraf Mühitin İdarəçilik Ofisinin Baş Direktoru Mehmet Baş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov və digər nümayəndələr iştirak edirlər.
İclasın keçirilməsində əsas məqsəd 2011-ci il Paris və 2012-ci ildə Bonn şəhərlərində keçirilmiş ilkin sessiyaların davamı olaraq Ətraf Mühit və Səhiyyə prosesinin gündəliyinə əsasən həyata keçirilmiş məsələləri nəzərdən keçirmək, Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurası tərəfindən irəli sürülmüş Avropa regionunda ətraf mühit və səhiyyə prioritetləri üçün yenilənmiş çərçivənin yaradılması ilə bağlı müzakirələr aparmaqdır.