Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
16 Noyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-185, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 146 m3/s, ongünlük normanın 83 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 163 m3/s və ongünlük normanın 93 faizini təşkil etmişdir.
Noyabrın 16-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 140 m3/s təşkil etmiş və ongünlük normanın 164 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 33 sm , Şirvanda 16 sm, Salyanda 6 sm, Bankəd 5 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 9 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 410 sm (2011-ci il noyabrın 16-da 562 sm), Şirvanda 268 sm (2011-ci il noyabrın 16-da 462 sm ), Salyanda 234 sm (2011-ci il noyabrın 16-da 466 sm), Bankədə 225 sm (2011-ci il noyabrın 16-da 313 sm), Araz çayının Novruzlu məntəqəsində isə 183 sm (2011-ci il noyabrın 16-da 310 sm) təşkil edir.