Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (noyabr ayının I ongünlüyü üçün)
13 Noyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Noyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 6 m3/san artaraq 138 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Noyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, I Şahsevəndə fenollar və mis birləşmələri 3, Bəhramtəpədə isə fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.90-6.33 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.