Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
08 Noyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 45-85, Lənkəran-Astara bölgəsi çaylarında 10-50, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 127 m3/s, ongünlük normanın 68 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 180 m3/s və ongünlük normanın 96 faizini təşkil etmişdir.
Noyabrın 08-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 135 m3/s təşkil etmiş və ongünlük normanın 160 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 11 sm , Şirvanda 6 sm, Salyanda 4 sm azalma, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 367 sm (2011-ci il noyabrın 08-də 547 sm), Şirvanda 252 sm (2011-ci il noyabrın 08-də 433 sm ), Salyanda 200 sm (2011-ci il noyabrın 08-də 440 sm), Bankədə 217 sm (2011-ci il noyabrın 08-də 309 sm), Araz çayının Novruzlu məntəqəsində isə 178 sm (2011-ci il noyabrın 08-də 293 sm) təşkil edir.