Samur-Yalama Milli Parkı yaradıldı
06 Noyabr 2012, 00:00
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli Sərəncamına əsasən Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının 11772,45 hektarlıq sahəsində Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı yaradıldı.
Samur-Yalama Milli Parkının yaradılmasında əsas məqsəd Xəzər dənizi sahilboyu meşə ərazilərində olan endemik və relikt bitki növlərinin, sahil zonasının qızılbalıq və çəkikimi balıq növlərinin təbii yerlərinin, köçəri quşların mühüm miqrasiya yollarının qorunub saxlanılmasıdır.
Qeyd edək ki, Samur-Yalama Milli Parkının yaradılması ilə ölkədə təsis olunmuş Milli Parkların sayı 9 oldu.
Hazırda ölkəmizdə 893 min hektar sahəyə malik olan xüsusi mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,3 faizini təşkil edir.