Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
05 Noyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə noyabrın 02-də yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur. Belə ki, Lənkərançay-Lənkəranda suyun səviyyəsində 39 sm, Lənkərançay-Sifidorda 20 sm, Vəşərüçay-Daştatükdə 37 sm artım qeydə
alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-145, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 72 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 163 m3/s və ongünlük normanın 87 faizini təşkil etmişdir.
Noyabrın 05-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 79 m3/s təşkil etmiş və ongünlük normanın 94 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 13 sm , Şirvanda 3 sm azalma, Salyanda 15 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2011-ci il noyabrın 05-də 520 sm), Şirvanda 247 sm (2011-ci il noyabrın 05-də 432 sm ), Salyanda 195 sm (2011-ci il noyabrın 05-də 441 sm), Bankədə 215 sm (2011-ci il noyabrın 05-də 299 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2011-ci il noyabrın 05-də 253 sm) təşkil edir.