El bir olsa dağ oynadar yerindən
29 Oktyabr 2012, 00:00
Dünya gündəmində ön sırada duran məsələlərdən biri də meşələrin durumu ilə bağlıdır. Bu məsələdə sərhəd bilməyən vəzifələrin hər bir şəxslə bölüşdürülməsi ən düşündürücü və ən məsuliyyət tələb edən bir forma almalıdır.
Diqqətə alınmalıdır ki, meşələrin mühafizəsi və artırılması sahəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və 11,4 faizdən 11,8 faizədək artmışdır.
Hər kəs bilməlidir ki, bu gün üçün meşələrə münasibətimiz gələcək nəsillər qarşısındakı məsuliyyətimizin ölçüsü rolunu oynayır və meşələri qorumaq bizim hər birimizdən asılıdır. Təəssüf gətirən haldır ki, qeyd etdiyimiz məsuliyyətin dərəcəsini hələ də anlamayanlar və əksinə təbiətimizə zərər yetirənlər yetərincədir.
Diqqət yetirək! Gəncə şəhərinin Hacıkənd qəsəbəsinin ətrafında vaxtilə öz ecazkarlığına görə dillər əzbəri olmuş meşələrimiz, təəssüf ki, 1990-cı illərdən başlayaraq kəsintiyə məruz qalmış, qəsəbədə məskunlaşmış bəzi sakinlər tərəfindən qırılaraq meşə massivinin bir hissəsi mal-qara üçün örüş sahəsinə çevrilmişdir. Son illərdə qırıntı dayandırılmış və sözügedən ərazilərin hissə-hissə bərpa edilməsi məqsədilə ETSN-nin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (MMBM) təxminən 70 hektar ərazini dörd tərəfdən çəpərləyərək həmin əraziyə 30000 ədəd ağac əkmiş və 1200 kiloqram palıd qozası səpmişdir.
Maraqlıdır ki, bütün bu işlər uzun müddət ərzində qəsəbədə məskunlaşmış soydaşlarımızın gözləri önündə min bir çətinliklə həyata keçirilsə də, bir müddət sonra, yəni 13 iyun 2012-ci il tarixində həmin qəsəbənin bir qrup sakini çəpərləri dağıtmış, əkilmiş ağacları və səpilmiş palıd qozalarını insafsızcasına mal-qaraya yem etmişlər.
Bu cür halların bir daha baş verməməsi, yaşıllıqlara laqeyd münasibət göstərilməməsi, əksinə yeni salınmış və çəpərlənmiş ərazilərin qorunması və həmin ərazilərdə bərpa işlərinin aparılması məqsədilə dəfələrlə yerli sakinlərlə Göygöl MMBM-in işçiləri tərəfindən görüşlər keçirilsə də, təbliğat xarakterli söhbətlər aparılsa da, onlar hər gün fərqli mövqelər nümayiş etdirərək bəsit və qanunsuz maraqlarını dövlət maraqlarından üstün tutaraq ərazidə meşəbərpa işlərinə yol verməyəcəklərini bəyan etmişlər. Göygöl MMBM ərazidə məskunlaşmış sakinlərin yaşıllıqlara laqeyd münasibəti ilə əlaqədar dəfələrlə bir çox instansiyalara üz tutmuşdur.
Sevindirici haldır ki, qaldırılmış məsələyə Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis şöbəsi olduqca həssas münasibət göstərərək, hətta meşəbərpa və mühafizə işlərinin yerinə yetirilməsi istiqamətində təşəbbüslə çıxış etmiş, dağıdılmış və məhv edilmiş ərazinin bərpa olunması üçün Göygöl MMBM-ə dəstək vermişdir. Belə ki, asayiş keşikçiləri çoxlarının dolayısı ilə boyun qaçırdığı problemin həlli istiqəmətində real addımlar ataraq yerli sakinlərlə maarifləndirici söhbətlər aparmış və dağıdılmış əraziyə təbliğat xarakterli lövhələr (“Vətəndaşların nəzərinə! Bu ərazi Göygöl rayon Polis Şöbəsinin vəsaiti hesabına çəpərlənmişdir. Əraziyə kənar şəxslərin daxil olması və mal-qaraların buraxılması qadağandır. Bu tələbləri pozan şəxslər qanunvericiliklə cəzalandırılacaqlar” və Məhəmməd Peyğəmbərin kəlamından “Allah Təalanın ən sevimlisi əxlaqca ən gözəl olanıdır. Cəzası ən tez verilən şey təbiətə etdiyin zülmdür”) basdırmışlar.
Beləliklə, digər qurumlara nümunə olacaq polis əməkdaşlarının bu təqdirəlayiq işi qəsəbə sakinləri arasında müsbət emosiyaların formalaşmasına səbəb olmuş və problem həll olunmuşdur.
Sonda xoş əmələ imza atmış Göygöl rayon Polis Şöbəsinə təşəkkür etməklə, bütün vətəndaşlarımızı ətraf mühitin ayrılmaz və vacib komponentlərindən biri olan meşələrimizə biganə qalmamağa çağırırıq: “Söz bir olsa zərbi kərən sındırar, el bir olsa dağ oynadar yerindən”.
Aslan Vəliyev
Göygöl MMBM-nin direktor müavini