Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
22 Oktyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-145, Kiçik Qafqazın çaylarında 65-75, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 145 m3/s, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 165 m3/s və ongünlük normanın 100 faizini təşkil etmişdir.
Oktyabrın 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 52 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 69 m3/s təşkil etmiş və ongünlük normanın 75 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində 4 sm azalma, Şirvanda 12 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm artım, Bankədə və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 319 sm (2011-ci il oktyabrın 22-də 417 sm), Şirvanda 177 sm (2011-ci il oktyabrın 22-də 299 sm ), Salyanda 143 sm (2011-ci il oktyabrın 22-də 316 sm), Bankədə 185 sm (2011-ci il oktyabrın 22-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 113 sm (2011-ci il oktyabrın 22-də 165 sm) təşkil edir.