Xəbərlər

2012-ci ilin 9 ayı ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2004 akt və 628 protokol tərtib edilib

19 Oktyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2012-ci ilin 9 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2004 akt və 628 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 855 icrası məcburi olan göstəriş verilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 607 iş üzrə 5403528.1 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 433 iş üzrə 876547.91 manat məbləğində iddia qaldırılmışdır.
Ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə idarə və müəssisələrə 4158 iş üzrə 874887.57 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 138 işdən 29-na, icra qruplarına göndərilmiş 403 işdən 198-nə, məhkəmələrə göndərilmiş 169 işdən 90-na baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 142 akt və 45 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 104 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 51 iş üzrə 76265 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 1370.11 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 928 iş üzrə 88645.21 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 3 işə və məhkəmələrə göndərilmiş 3 işə baxılmamış, icra qruplarına göndərilmiş 27 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 326 akt və 50 protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 235 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 39 iş üzrə 101550 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 3 iş üzrə 135 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 1564 iş üzrə 238237.29 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 2 işə baxılmamış, icra qruplarına göndərilmiş 44 işdən 7-nə, məhkəmələrə göndərilmiş 3 işdən 1-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 170 akt və 58 protokol tərtib olunmuş, müəyyən olunmuş nöqsanların aradan qaldırılması üçün 43 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 54 iş üzrə 72200 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 7 iş üzrə 316663.45 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 345 iş üzrə 34775 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 4 işə və məhkəmələrə göndərilmiş 1 işə baxılmamışdır. İcra qruplarına göndərilmiş 22 işdən 4-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 116 akt və 40 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 33 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 93 iş üzrə 188009 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 78 iş üzrə 385865.3 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 46 iş üzrə 42182.42 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 6 işdən 1-nə, icra qruplarına göndərilmiş 59 işdən 46-na və məhkəmələrə göndərilmiş 3 işdən 1-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 571 akt və 152 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 410 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 134 iş üzrə 464650 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 8 iş üzrə 49158 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 1275 iş üzrə 471047.65 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 11 işdən 2-nə, icra qruplarına göndərilmiş 99 işdən 56-na və məhkəmələrə göndərilmiş 4 işdən 1-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 544 akt və 120 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 13 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 131 iş üzrə 4390817.6 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 239 iş üzrə 85992.85 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 71 işdən 9-na, icra qruplarına göndərilmiş 96 işdən 47-nə, məhkəmələrə göndərilmiş 62 işdən 19-na baxılaraq müvafiq tədbirlər görülmüşdür. İcra qruplarına baxılması üçün göndərilmiş 96 işdən 2-si rədd edilmişdir.
Faunanın mühafizəsi üzrə 70 akt və 98 protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 95 iş üzrə 86936.5 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 8 iş üzrə 1690.2 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 22 işdən 4-nə, məhkəmələrə göndərilmiş 3 işə, icra qruplarına göndərilmiş 55 işdən 34-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 65 akt və 65 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 17 icrası məcburi olan göstəriş verilmişdir. 10 iş üzrə 23100 manat məbləğində cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyanla bağlı 89 iş üzrə 35673 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 19 işdən 13-nə, icra qruplarına göndərilmiş 1 işə və məhkəmələrə göndərilmiş 90 işdən 65-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.