Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

15 Oktyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-135, Kiçik Qafqazın çaylarında 55-75, Lənkəran-Astara bölgəsi çaylarında 10-50, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 15-də
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 165 m3/s, ongünlük normanın 98 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 148 m3/s və ongünlük normanın 88 faizini təşkil etmişdir.
Oktyabrın 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 38 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 66 m3/s təşkil etmiş və ongünlük normanın 62 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində 4 sm və Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Bankədə 6 sm azalma, Şirvanda və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 309 sm (2011-ci il oktyabrın 15-də 407 sm), Şirvanda 168 sm (2011-ci il oktyabrın 15-də 295 sm ), Salyanda 160 sm (2011-ci il oktyabrın 15-də 307 sm), Bankədə 201 sm (2011-ci il oktyabrın 15-də 237 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 sm (2011-ci il oktyabrın 15-də 183 sm) təşkil edir.