Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar 51 saylı orta məktəbdə tədbir keçirilib

26 Sentyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il “Beynəlxalq dəniz həftəsi” ərəfəsində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
“Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə Nazirlik cari ilin 24”“30 sentyabr tarixlərini əhatə etməklə xüsusi tədbirlər planı hazırlayaraq ardıcıllıqla həyata keçirir.
Belə ki, 26 sentyabr 2012-ci il tarixində Bakı şəhəri Səbail rayonunun 51 saylı orta məktəbində “Xəzər həftəsi” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Nazirliyin mütəxəssisləri “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Sonda məktəbə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı təbliğat xarakterli video çarxlar təqdim olunmuşdur.
Qeyd edək ki, “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə müvafiq tədbirlər Respublikanın Xəzərsahili şəhər və rayonlarının orta təhsil müəssisələrində də keçirilir.