Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
24 Sentyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə sentyabrın 23-ü axşamdan 24-ü səhərədək ölkə ərazisində yağan yağışlarla, bəzi yerlərdə leysan xarakterli olmasl ilə əlaqədar əksər çaylarda xüsusən də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq artmışdır. Belə ki, Qudyalçayda suyun səviyyəsində 8 sm, Vəlvələçayda 23
sm artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 75-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 83 m3/s, ongünlük normanın 60 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 122 m3/s və ongünlük normanın 88 faizini təşkil etmişdir.
Sentyabrın 24-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 85 m3/s təşkil etmiş və ongünlük normanın 88 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2 sm azalma, Salyanda 3sm, Bankədə 14 sm, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 7 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 sm (2011-ci il sentyabrın 24-də 421 sm), Şirvanda 259 sm (2011-ci il sentyabrın 24-də 316 sm ), Salyanda 239 sm (2011-ci il sentyabrın 24-də 333 sm), Bankədə 239 sm (2011-ci il sentyabrın 24-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2011-ci il sentyabrın 24-də 165 sm) təşkil edir.