Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
21 Sentyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-155, Kiçik Qafqazın çaylarında 75-155, Lənkəran-Astara bölgəsi çaylarında 25-55, Naxçıvan MR çaylarında isə 75-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 85 m3/s, ongünlük normanın 61 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 103 m3/s və ongünlük normanın 74 faizini təşkil etmişdir.
Sentyabrın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla, ongünlük normanın 114 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 101 m3/s təşkil etmiş və ongünlük normanın 105 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 10 sm, Şirvanda 15 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 387 sm (2011-ci il sentyabrın 21-də 425 sm), Şirvanda 282 sm (2011-ci il sentyabrın 21-də 308 sm ), Salyanda 236 sm (2011-ci il sentyabrın 21-də 326 sm), Bankədə 231 sm (2011-ci il sentyabrın 21-də 248 sm), Araz çayının Novruzlu məntəqəsində isə 113 sm (2011-ci il sentyabrın 21-də 161 sm) təşkil edir.