“Xəzər həftəsi" ilə bağlı tədbirlər keçiriləcək
21 Sentyabr 2012, 00:00
Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq 1978”“ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.
24”“30 sentyabr 2012-ci il tarixlərində “Xəzər həftəsi” çərçivəsində Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına
mənsub 955 kilometrlik sahil zolağında-Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub.
“Beynəlxalq Dəniz günü” ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eləcə də bu istiqamətdə görülən işlər barədə ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
Tədbirlərin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.
Ekoloji təqvimə daxil edilmiş “Beynəlxalq Dəniz günü”nün davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, eyni zamanda bu resursların qorunmasının vacibliyi təbliğ ediləcəkdir.