Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reydlər davam etdirilir
20 Sentyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində mühafizə rejimini yoxlamaq məqsədilə vaxtaşırı reydlər keçirir.
Bu ilin may-avqust aylarında həyata keçirilmiş mütəmadi reydlər zamanı bir neçə dəfə Qoruğun yüksək dağlıq ərazisində tərkibində narkotik xassəli maddələr olan bitkilərin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi faktları aşkar edilb.
Belə ki, Qoruğun ərazisində keçirilmiş reydlər zamanı Gərəkli sahəsinin 03,04,05,06 saylı dolaylarında qanunsuz olaraq kol-kosdan təmizlənmiş sahələrdə tərkibində narkotik xassəli maddələr olan çətənə bitkisinin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi müəyyən olunmuşdur. Bununla bağlı Balakən rayon Polis Şöbəsinə məlumat verilmiş, həmçinin hadisə yerində saxlanılmış təqsirkar şəxs Balakən rayon Gərəkli kənd sakini Cavid Dibirov rayon Polis Şöbəsinə təhvil verilmişdir.
Qeyd edək ki, aşkar olunmuş faktlarla bağlı xidməti vəzifələrini layiqincə icra etmədiklərinə görə Qoruğun mühafizə üzrə direktor müavini, sahə müfəttişi və 6 nəfər mühafizə yegeri tutduqları vəzifədən azad olunmuşdur.
Bu cür halların baş verməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məlumat göndərilmişdir.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Qoruğun əməkdaşları tərəfindən mütəmadi reydlər davam etdirilir.