Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
19 Sentyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-140, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 80-85 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 86 m3/s, ongünlük normanın 62 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 95 m3/s və ongünlük normanın 68 faizini təşkil etmişdir.
Sentyabrın 19-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla, ongünlük normanın 141 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 106 m3/s təşkil etmiş və ongünlük normanın 117 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 17 sm, Şirvanda 11 sm, Bankədə 10 sm, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 422 sm (2011-ci il sentyabrın 19-da 318 sm), Şirvanda 302 sm (2011-ci il sentyabrın 19-da 303 sm ), Salyanda 236 sm (2011-ci il sentyabrın 19-da 330 sm), Bankədə 235 sm (2011-ci il sentyabrın 19-da 256 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2011-ci il sentyabrın 19-da 150 sm) təşkil edir.