“Atmosfer havasının mühafizəsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilmişdir
28 Avqust 2012, 00:00
2012-ci il 28 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Atmosfer havasının mühafizəsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Ekologiya və təbii sərvətlər və Nəqliyyat nazirliklərinin, Dövlət Neft Şirkətinin, o cümlədən, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərneft” və “Azərkimya” istehsalat birliklərinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Milli Elmlər Akademiyasının, həmçinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Tədbirdə atmosfer havasının mühafizəsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılmış, problemin həlli yolları barədə təkliflər səsləndirilmişdir. Magistral avtomobil yollarının ətrafında və digər ərazilərdə yaşıllıq sahələrinin artırılması, meşə ilə örtülü ərazilərin miqyasının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin atmosfer havasının mühafizəsi sahəsində mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanmışdır.
Görüş zamanı, iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olması, bununla belə tullantıların azaldılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi, son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq tullantıların azalmasının məhz ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması da daxil olmaqla davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi nəticəsində nail olunması, istilik effekti yaradan qazların tullantılarının azaldılmasına müvəffəq olunması, həmçinin alternativ enerji sektorunun inkişafının prioritet istiqamət kimi seçilməsi barədə fikirlər səslənmişdir.
Eyni zamanda, son illərdə nəqliyyat vasitələrinin sayının kəskin dərəcədə artması və tikinti sektorunun inkişafı ilə bağlı atmosferə atılan zərərli maddələrin miqdarının çoxalması nəticəsində atmosfer havasının daha çox çirklənməyə məruz qalması müzakirə mövzusu olmuş, hər il mütəmadi olaraq keçirilən “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin normalara uyğunluğunun ölçülməsi məqsədilə tədbirlərin həyata keçirilməsi qeyd edilmişdir.
Dəyirmi masada atmosfer havasının mühafizəsi sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bildirilmiş, dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.