Xəbərlər

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib

23 Avqust 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən 22 avqust 2012-ci il tarixində keçirilən növbəti reyd zamanı qoruğun Gərəkli sahəsinin 05 saylı dolayı ərazisində 0.05 hektar sahədə xüsusi aqrotexniki qaydada qulluq edilərək tərkibində narkotik xassəli maddələr olan 332 ədəd çətənə kolunun əkilib-becərilməsi faktı aşkar olunub.
Faktla bağlı dərhal Balakən rayon Milli Təhlükəsizlik və Polis Şöbələrinə məlumat verilib və hazırda faktla bağlı araşdırma aparılır.