12 avqust Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür
06 Avqust 2012, 00:00
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilmiş görüşlər zamanı davam etmiş və 2003-cü il 4 noyabr tarixində yekun olaraq İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş görüşdə Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyasının, həmin ilin 7 noyabr tarixində isə Türkmənistan Respublikasının səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır.
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. Bu sənəd “çirkləndirici ödəyir” və məlumatın əldə edilməsi prinsipləri də daxil olmaqla bir sıra beynəlxalq prinsiplərə söykənir. İmzalanaraq təsdiq olunduğu şəhərin adı ilə bağlı olaraq, həmçinin “Tehran Konvensiyası” kimi də tanınan bu Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, eyni zamanda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapmışdır.
BMT-nin keçmiş Baş Katibli Kofi Annanın sözlərinə görə, Tehran Konvensiyasının imzalanması “regionun mühüm nailiyyətidir”, belə mühüm sazişin ratifikasiyası isə “yüz milyonlarla insanın sağlamlıq və rifahına xidmət edəcəkdir ”.
Tehran Konvensiyası beş Xəzəryanı dövləti tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minmiş və bu tarix “Xəzər günü” kimi qeyd edilməyə başlanmışdır.
“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi sahəsində qüvvələrin səfərbər edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
12 avqust tarixinin Xəzər günü kimi qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin problemlərinə və mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə bir sıra tədbirlərin keçirilməsini planlaşdırır. 11 avqust tarixində müvafiq dövlət qurumlarının, QHT və ictimai təşkilatların, o cümlədən gənclərin iştirakı ilə Xəzərin ekoloji problemləri, görülən işlər, Xəzər İnformasiya Mərkəzinin yaradılması və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizminin müzakirəsi məqsədilə tədbirin keçirilməsi, Bakı buxtasında ETSN tərəfindən səth sularının zibil, neft məhsulları və digər tullantılardan təmizlənməsi məqsədilə alınmış Fransanın “Ecoceane” şirkətinin istehsalı olan gəminin fəaliyyəti ilə tanışlıq və sahilboyu zonada təmizlik aksiyasının keçirilməsi nəzərdə tutulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi idarə və təşkilatları, bələdiyyələri, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak edərək öz töhvəsini verməyə çağırır.