Xəbərlər

Ceyranbatan qəsəbəsində yeni Zooloji Parkın ictimai müzakirəsi keçirilmişdir

03 Avqust 2012, 00:00

03 avqust 2012-ci il tarixində Abşeron rayonu İcra Hakimiyyətinin Ceyranbatan qəsəbəsi üzrə İnzibati-Ərazi Nümayəndəliyinin binasında yeni Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsini hazırlayan “Ekodenge Engineering and Consultansy LTD” şirkəti tərəfindən Layihənin təqdimetmə mərasimi və ictimai müzakirəsi keçirilmişdir.
Mərasimdə Ceyranbatan qəsəbəsinin sakinləri, aidiyyəti qeyri-hökumət təşkilatlarının və bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Təqdimetmə mərasimində “Ekodenge Engineering and Consultansy LTD” şirkətinin İcraçı direktoru Tamer Yönem və Layihənin rəhbəri Yavuz Yöntəm yığıncaq iştirakçılarına Layihənin mərhələləri və gedişatı barədə ətraflı məlumat vermiş, Layihənin bölmələrini əks etdirən slayd-fotolar nümayiş etdirmiş və iştirakçıların suallarını cavablandırmışlar.