Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 Avqust 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 65-95, Naxçıvan MR çaylarında isə 120 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 01-dən başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 66 m3/s, ongünlük normanın 50 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 97 m3/s və ongünlük normanın 73 faizini təşkil etmişdir.
Avqustun 01-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 46 m3/s təşkil etmiş və ongünlük normanın 66 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 01-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 7sm, Şirvanda 4 sm, Salyanda 3 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm (2011-ci il avqustun 03-də 428 sm), Şirvanda 214 sm (2011-ci il avqustun 03-də 307 sm ), Salyanda 180 sm (2011-ci il avqustun 03-də 305 sm), Bankədə 223 sm (2011-ci il avqustun 03-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2011-ci il avqustun 03-də 143 sm) təşkil edir.