Respublikanın çaylarında və Transsərhəd çaylarda mövcud vəziyyət
06 İyul 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 235-245, Naxçıvan MR-sı çaylarında isə 60-65 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyət
İyulun 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 187 m3/s, ongünlük normanın 63 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 299 m3/s və ongünlük normanın 89 faizini təşkil etmişdir.
İyulun 06-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 161 m3/s olmaqla, ongünlük normanın 110 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 105 m3/s təşkil etmiş və ongünlük normanın 72 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırkı vəziyyət
Son iki gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 37 sm, Şirvanda 15 sm azalma, lakin Salyanda 55 sm, Bankədə 16 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 25 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442 sm (2011-ci il iyulun 06-da 452 sm), Şirvanda 348 sm (2011-ci il iyulun 06-da 337 sm ), Salyanda 298 sm (2011-ci il iyulun 06-da 350 sm ), Bankədə 263 sm (2011-ci il iyulun 06-da 269 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2011-ci il iyulun 06-da 180 sm) təşkil edir.