Xəbərlər

Kür və Araz çaylarının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb

15 May 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ekspedisiya qrupu tərəfindən 26 aprel ”“ 04 may tarixlərində Kür və Araz çaylarının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb. “ADP SonTek” ultrasəs dopler сihazının vasitəsilə 7 məntəqədə aparılmış ölçmə işləri zamanı çayın en kəsiyinin profili, sahəsi, dərinliyi, en kəsiyi boyu müxtəlif dərinliklər üzrə suyun sürəti ölçülüb və su sərfləri hesablanıb.
Alınan nəticələr Kür və Araz çaylarında suyun sərfinin keçən və ondan əvvəlki illərlə müqayisədə bu il xeyli aşağı olduğunu göstərir. Belə ki, müxtəlif məntəqələrdə su sərfləri və digər hidrometrik parametrlər aşağıdakı kimidir:
Kür-Yevlax məntəqəsində suyun sərfi 256 m3/san, çayın canlı en kəsiyinin sahəsi 332 m2, axımın orta sürəti 0.77 m/san, maksimal dərinlik 4.27 m;
Kür-Zərdab məntəqəsində suyun sərfi 291 m3/san, çayın canlı en kəsiyinin sahəsi 410 m2, axımın orta sürəti 0.71 m/san, maksimal dərinlik 5.43 m;
Kür ”“Surra (Sabirabad) məntəqəsində suyun sərfi 397 m3/san, çayın canlı en kəsiyinin sahəsi 380 m2, axımın orta sürəti 0.87 m/san, maksimal dərinlik 5.59 m;
Araz-Novruzlu məntəqəsində suyun sərfi 39 m3/san, çayın canlı en kəsiyinin sahəsi 66 m2, axımın orta sürəti 0.59 m/san, maksimal dərinlik 1.50 m;
Kür-Salyan məntəqəsində suyun sərfi 368 m3/san, çayın canlı en kəsiyinin sahəsi 529 m2, axımın orta sürəti 0.70 m/san, maksimal dərinlik 8.50 m;
Kür-Bankə (Neftçala) məntəqəsində suyun sərfi 341 m3/san, çayın canlı en kəsiyinin sahəsi 502 m2, axımın orta sürəti 0.68 m/san, maksimal dərinlik 8.41 m olub.