Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 Noyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə noyabrın 21-də Lənkəran-Astara bölgəsində gündüz saatlarında temperatur rejiminin yüksəlməsi və yüksək dağlıq ərazilərə yağan qarın tədricən əriməsi nəticəsində Lənkərançayda suyun səviyyəsi 41 sm artmışdır.
Hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 120-480, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında 100-160, Kiçik Qafqazın çaylarında 90-140, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun
səviyyəsində 1 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 73 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 136 m3/s və ongünlük normanın 74 faizini təşkil etmişdir. Noyabrın 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 73 m3/s təşkil etmiş və ongünlük normanın 90 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda 5, Bankədə isə 2 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 341 sm (2012-ci il noyabrın 22-də 435 sm), Şirvanda 191 sm (2012-ci il noyabrın 22-də 328 sm ), Salyanda 150 sm (2012-ci il noyabrın 22-də 287 sm ), Bankədə 189 sm (2012-ci il noyabrın 22-də 245 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2012-ci il
noyabrın 22-də 170 sm) təşkil edir.