“Təmiz ekologiya-sağlam həyat” adı altında təmizlik aksiyası keçirilib
23 Noyabr 2013, 00:00
23 noyabr 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi ilə birgə Buzovna qəsəbəsi ərazisində, Xəzər dənizinin sahil zolağında “Təmiz ekologiya-sağlam həyat” adı altında təmizlik aksiyası keçirib.
Ümumilikdə 200-dən artıq insanın iştirak etdiyi aksiyada Xəzər dənizinin sahil zolağının 20 hektar ərazisi 15 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
Tədbirin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti formalaşdırmaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır.