Azərbaycanda ekoloji problemlər başqa dövlətlərlə müqayisədə daha sürətlə həll olunur
10 Fevral 2012, 00:00
ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) hazırlanmışdır. Sənəddə 132 ölkə arasında 2 istiqamət üzrə qiymətləndirmə aparılmışdır:
”¢ ölkənin ekoloji vəziyyəti;
”¢ ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətin nəticələri.
Mövcud ekoloji vəziyyətə görə Azərbaycan 111-ci, ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətə görə isə 2-ci yerdədir.
Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyi 10 sahə üzrə 22 indikator əsasında qiymətləndirilmişdir: meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri; istilik effekti yaradan qazların adam başına, istehsal olunan hər kilovat/saat elektrik enerjisinə və ÜDM-ə nisbətən miqdarı və bərpa olunan enerji; uşaq ölümü; əsas yaşam yerlərinin mühafizəsi, mühafizə olunan dəniz əraziləri və biomların mühafizəsi; içməli su və kanalizasiya xidmətləri ilə təminat; kənd təsərrüfatına subsidiyalar və pestisidlərin tənzimlənməsi; SO2-nin adam başına düşən və ÜDM-ə nisbətən miqdarı; bərk hissəciklər və qapalı məkanlarda havanın keyfiyyəti; sudan istifadə; şelf zonasında balıqçılığın həcmi və balıq ehtiyatlarının ovlanması.
Siyahıdan göründüyü kimi, ekoloji qiymətləndirmə geniş çərçivədə aparılmış, sırf ətraf mühit komponentləri ilə bərabər, qapalı məkanlarda havanın keyfiyyəti, uşaq ölümü, kənd təsərrüfatına subsidiyalar kimi məsələlər də qiymətləndirilmişdir.
Son illər ölkədə ətraf mühit sahəsindəki aparılan islahatlar və fəaliyyətin qiymətləndirilməsinin təhlili göstərir ki, ekoloji problemlərin həlli istiqamətində sürətlə həyata keçirilən tədbirlər effektiv olmuş və fəaliyyət istiqaməti düzgün seçilmişdir.
Ətraf mühitin vəziyyəti ilə bağlı 111-ci yer, həmin sənəddə qeyd olunan son illərdə əldə olunmuş ekoloji inkişaf nəzərə alınmaqla, müəyyən suallar doğursa da, Azərbaycanda ekoloji problemlərin mövcudluğu və onların əsasən keçmişdən miras qaldığı hamıya məlumdur. Neftlə çirklənmiş və deqredasiyaya uğramış ərazilər, tullantıların və çirkab suların idarə olunması ilə bağlı problemlər, su ehtiyatlarının və atmosfer havasının çirklənməsi və s. Sözsüz ki, ətraf mühitin vəziyyəti qiymətləndirilən zaman bu məqamlar əsas götürülmüşdür.
Bəli, 150 il ərzində Abşeron yarımadasında 10 min hektar torpaq neftlə çirklənmişdir. Son illər ərzində bunun yüzlərlə hektarı təmizlənmişdir. Lakin bu işlər böyük həcmdə maliyyə vəsaiti və vaxt tələb etdiyinə görə problem qısa müddətdə aradan qaldırıla bilməz. Su təchizatı və sanitariya ilə bağlı yığılıb qalmış problemlərin də sürətlə həllinə başlanılmış və böyük investisiya qoyuluşları hesabına respublikanın bütün bölgələrində iri layihələr həyata keçirilir. Lakin bu problemin də tam şəkildə həlli müəyyən vaxt tələb edir.
Ümumilikdə, bu günə kimi ekologiya sahəsində qiymətləndirmə aparan beynəlxalq reytinq agentlikləri və anonim müəlliflərin (“Blacksmith Itstitute” (ABŞ), “Mercer Human Resource Consulting” (İngiltərə), “NYC” Beynəlxalq Reytinq Şirkəti və s.) mənşəyi məlum olmayan məlumatlar əsasında Azərbaycandakı fəaliyyəti adətən mənfi qiymətləndirdiyini nəzərə alaraq, ABŞ-ın tanınmış Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanmış Ekoloji İndeksdə Azərbaycanın son illərdə ən çox nailiyyətlər əldə etmiş ölkələr arasında 2-ci yeri tutması ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin obyektiv qiymətləndirilməsini göstərir.
Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyi 10 sahə üzrə 22 indikator əsasında qiymətləndirilmişdir.
Ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində 1-ci yerdəyik
Uşaq ölümü indikatoru əsasında qiymətləndirilən ətraf mühitlə bağlı xəstəliklər üzrə Azərbaycan 86-cı yerdə olmasına baxmayaraq, bu göstərici üzrə son illərdəki fəaliyyətə görə Azərbaycan maksimum nəticə göstərərək birinci yeri tutmuşdur. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaratmışdır. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. fəaliyyət belə nəticələrin əldə olunmasına gətirib çıxarmışdır.
Azmeşəli ölkə olmağımıza baxmayaraq görülmüş işlərə görə öndəyik
Meşələrlə bağlı məsələlərdə qiymətləndirmə aparılmış hər 3 komponent üzrə ”“ meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində ”“ həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə Azərbaycan ən yüksək nəticə göstərərək 132 dövlət arasında 1-ci yeri tutmuşdur. Belə yüksək qiymət sevindirici haldır, çünki Azərbaycanda meşələrin sahəsi siyahının sonunda qərarlaşmış bir çox dövlətlərlə müqayisədə çox azdır. Buna baxmayaraq, Azərbaycanın meşələrlə bağlı yüksək qiymətləndirilməsi əldə olunmuş nailiyyətləri göstərir. Bu qiymətləndirmədə, yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin ümumi ölkə ərazisinin 11,4 faizdən 11,8 faizədək artırılması, sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağackəsmə hallarının qarşısının alınması, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması nəzərə alınmışdır.
İqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan lider ölkə kimi qiymətləndirilmişdir
İqlim dəyişikliyi bəndi üzrə Azərbaycan son illərdəki fəaliyyətə görə 1-ci, mövcud vəziyyətə görə isə 67-ci yerdədir. Məlumdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına, son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq, həmin tullantılar 1990-cı baza ilindəki 70 milyon tondan 48 milyon tona enmişdir. Buna, ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması da daxil olmaqla, davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi nəticəsində nail olunmuşdur. Ümumilikdə, Kioto prosesi başlandıqdan bəri istilik effekti yaradan qazların tullantılarının təxminən 500 milyon ton azaldılmasına müvəffəq olunmuşdur. Bu həcm inkişaf etmiş böyük bir Avropa dövlətinin, misal üçün, İspaniyanın illik emissiyasına bərabərdir.
Alternativ enerji sektorunun inkişafı prioritet istiqamət kimi seçilmiş, ildə 30 meqavatt gücündə günəş panellərinin istehsalı zavodu istifadəyə verilmiş, hibrid enerji layihəsi həyata keçirilmişdir.
Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazisində iqlim dəyişmələrinin tədqiqi, buradakı buzlaqların iqlim dəyişmələri ilə əlaqədar dinamikasının, həmçinin bu ərazidəki ekosistemin kompleks öyrənilməsi məqsədilə “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılmış, Tufandağın zirvəsində, Şahdağda və Şahdüzundə avtomat meteoroloji stansiyalar quraşdırılmış və enerji təlabatı alternativ enerji hesabına təmin olunmuşdur.
Həyata keçirilən bütün bu tədbirlərin nəticələri reytinqdə nəzərə alınmışdır.
Beynəlxalq Ekoloji İndeksdə əsas yaşam yerlərinin mühafizəsi, biomların mühafizəsi və mühafizə olunan dəniz əraziləri indikatorları əsasında qiymətləndirilmiş biomüxtəliflik üzrə Azərbaycan son on ildə inkişafa görə 45-ci, faktiki vəziyyətə görə isə 100-cü yerdədir. Bu inkişaf, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər (xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildəki 478 min hektardan 882 min hektaradək artırılmışdır ki, bu da ümumi ölkə ərazisinin 10,2 faizini təşkil edir, o cümlədən ilk dəfə olaraq 2003-cü ildən etibarən yaradılmasına başlanmış və hazırda mövcud olan 8 Milli Parklın ümumi sahəsi ölkə ərazisinin 3,6 faizini təşkil edir), nadir bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması (yalnız 2011-ci ildə 100 başadək ceyran öz areallarına köçürülmüşdür), mühafizə tədbirlərinin ciddiləşdirilməsi hesabına nəsli kəsilmək təhlükəsi qarşısında olan nadir növlərin təbii artımına nail olunması (nəticədə bir sıra növlərin artıq qırmızı siyahıdan çıxarılması nəzərdə tutulmuşdur) ilə bağlıdır.
Suyun insan sağlamlığına təsiri (indikatorlar - içməli su və kanalizasiya xidmətləri ilə təminat) üzrə Ətraf mühitin vəziyyətinin indeksi 111, son 10 ildə Ekoloji inkişafın göstəricisi isə 56-dır. Bu istiqamət qiymətləndirilərkən bir tərəfdən bu günədək ümumilikdə, kanalizasiya sisteminin mövcudluğu və əhalinin içməli su ilə təminatı məsələləri, digər tərəfdən isə son müddət ərzində bu sahədə görülmüş işlər nəzərə alınmışdır.
Son illər ölkədə mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə böyük layihələr icra olunur, həmçinin su hövzələrinin hətta kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğulardan ibarət xəzəryanı ölkələr arasında ilk dəfə “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır.
Ölkə əhalisinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə iri miqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, mərkəzləşmiş şəkildə təmiz içməli suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz su ilə təmin edilməsi üçün modul tipli sutəmizləyici qurğular qurulur (2007-2011-ci illər ərzində 188 kənddə 340 min nəfər əhali ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmuş və hazırda 44 min əhalisi olan 33 kənddə işlər davam etdirilir).
Azərbaycan eyni zamanda, kənd təsərrüfatı üzrə (indikatorlar - kənd təsərrüfatına subsidiyalar və pestisidlərin tənzimlənməsi) 111-ci, bu sahədəki inkişaf göstəricilərinə görə isə orta mövqedə qərarlaşmışdır (58-ci yer). Bu sahədə qiymətləndirmə zamanı kənd təsərrüfatına ayrılan subsidiyaların miqdarı, pestisidlərin idarə olunması sahəsindəki fəaliyyət, o cümlədən Cəngi Pestisidlər poliqonunun rekonstruksiya olunması və vaxtı keçmiş pestisidlərin inventarlaşdırılaraq sözügedən poliqonda zərərsizləşdirilməsi məsələləri nəzərə alınmışdır.
Atmosfer havasının ekosistemə təsiri (SO2-nin adambaşına düşən və ÜDM-ə nisbətən miqdarı) üzrə Azərbaycana 94-cü, bu sahədəki son 10 ildə inkişaf göstəricilərinə görə isə 24-cü yer verilmişdir. Ölkənin bu sırada qərarlaşmasına səbəb elektrik enerjisinin alınmasında mazutdan imtina olunaraq tamamilə təbii qaza keçilməsi və elektrik enerjisi vahidinin istehsalına sərf olunan şərti yanacağın 2000-2010-cu illər ərzində 411,3 qramdan 304,5 qramadək azaldılmasıdır.
Atmosfer havasının insan sağlamlığına təsiri (bərk hissəciklər və qapalı məkanlarda havanın keyfiyyəti) baxımından Azərbaycan 76-cı, bu sahədəki inkişaf göstəricilərinə görə isə 116-cı yeri tutmuşdur. Bunun da əsas səbəbi son illərdə nəqliyyat vasitələrinin sayının kəskin dərəcədə artması və tikinti sektorunun inkişafı ilə bağlı atmosferə atılan zərərli maddələrin miqdarının çoxalmasıdır.
Su ehtiyatlarının ekosistemə təsiri (kəmiyyət göstəriciləri) komponenti üzrə həm Ətraf mühitin vəziyyətinin indeksi, həm də Ekoloji inkişafın göstəricilərinə görə Azərbaycan mənfi qiymətləndirilmişdir (127-ci yer). Bu Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşması, çayların nizamlanması və su itkiləri ilə izah edilir.
Balıqçılığa dair göstərici üzrə Azərbaycan qiymətləndirilməmişdir. Belə ki, bu sahə üzrə qiymətləndirmə 200 millik iqtisadi zona konseptinə əsasən aparılır. Xəzər dənizinin statusuna dair danışıqlar hələ başa çatmadığından qeyd olunan qiymətləndirmə Azərbaycan üzrə aparılmamışdır.
Qeyd edək ki, Azərbaycanla yanaşı, irəliləyişə nail olmuş ölkələr arasında Latviya, Rumıniya, Albaniya, Slovakiya, İrlandiya, Belçika da vardır. Bu sahədə ən pis göstəricilərə malik olan ölkələr kimi Rusiya, Küveyt, Səudiyyə Ərəbistanı, Bosniya-Herseqovina, Estoniya, Qazaxıstan, Cənubi Afrika və Türkmənistan göstərilmişdir. Ekoloji inkişafın göstəricilərinə görə MDB məkanında Azərbaycandan sonra ən yaxşı yeri 40-cı yerdə qərarlaşmış Belarus tutmuşdur.