Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində 2011-ci il ərzində görülmüş işlər
31 Yanvar 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən 2011-ci il ərzində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində işlər davam etdirilmişdir.
Hazırda, ölkəmizdə ümumi sahəsi 880 774,04 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması məqsədilə layihə-dizayn işlərinin başa çatdırılması istiqamətində 2011-ci ildə də işlər davam etdirilmişdir.
Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkı layihəsi üzrə torpaqayırma sənədlərinin işlənilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq xəritələr hazırlanmışdır. Hazırda aidiyyəti dövlət orqanlarından rəy alınması üçün müvafiq sənədlər təqdim edilmişdir.
“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu il 24 dekabr tarixində cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə buraxılmış ceyran sürüsünün hərəkətinə 2011-ci ildə də peyk vasitəsilə mütəmadi nəzarət olunmuş, onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilmişdir.
Bugünədək 120 baş ceyran öz tarixi areallarına buraxılmış və hazırda layihənin II mərhələsi üzrə işlər davam etdirilir. Buraxılmış ceyran sürülərində artım (balavermə) müşahidə olunmuşdur.
Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer rezervatının yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilmişdir. Almaniya tərəfindən daxil olmuş xüsusi razılaşma sənədinə Nazirliyin aidiyyəti qurumları tərəfindən baxılmış, rəy və təkliflər qarşı tərəfə təqdim edilmişdir.
2011-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 857 akt, 240 protokol tərtib edilmiş, qanun pozuntuları ilə əlaqədar təbiətə 79405,35 manat dəyərində ziyan vurulduğu hesablanmış, inzibati qaydada 153420 manat cərimə tətbiq edilmişdir. Ümumilikdə tətbiq edilmiş 232825,35 manat ziyan və cərimədən 92005,87 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilmişdir. Qanun pozuntuları ilə bağlı sənədləşdirilmiş 38 iş baxılılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına (polis şöbələrinə), 104 iş aidiyyəti üzrə rayon məhkəmələrinə və məhkəmə icraçıları bölmələrinə göndərilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ötən il ərzində ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilmişdir.
Keçirilən reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brokonyerliklə məşğul olan şəxslərdən 83 ədəd ov silahı götürülmüş, 80 şəxs barəsində akt və protokol tərtib edilərək 75800 manat məbləğində cərimə tətbiq edilmiş və 1166 manat iddia qaldırılmışdır. Cəmi tətbiq edilmiş 76966 manat iddia və cərimədən 24882,5 manat ödənilmiş, qalan məbləğin ödənilməsi üçün isə aidiyyəti üzrə rayon məhkəmə icraçıları bölmələrinə müraciət edilmişdir. Şəxsiyyəti məlum olmayan 3 nəfər barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə rayon polis şöbələrinə göndərilmişdir.