2011-ci il ərzində Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 1441 monitorinq keçirilmişdir
23 Yanvar 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2011-ci il ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1441 ekoloji monitorinq keçirmişdir.
Monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsirləri təhlil və tədqiq edərək məlumat toplamaq, onların minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdır.
Monitorinqlər zamanı 4182 su, 222 qrunt, 4 qazma məhlulu, 2 şlam nümunəsi götürülmüş, onlar üzərində 21742 analitik, 9533 bioloji və ekotoksikoloji, 7110 mikrobioloji olmaqla, ümumilikdə 38385 tədqiqat aparılmışdır. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti də araşdırılmış, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunmuşdur.
Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 265 axar qeydə alınmış və bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılmışdır.
2011-ci il ərzində idarənin iş planına uyğun aparılan tədqiqatlar zamanı bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, hidrotexniki qurğuların, istismara yararsız estakadaların sökülərək sahilə daşınması, Bakı buxtasından batmış və yarımbatmış gəmilərin çıxarılması, buxta ərazisində atılmış köhnə neft quyularının birdəfəlik ləğv edilməsi işləri görülmüşdür. Həmçinin, Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə rekultivasiya işlərinin aparılması və yaşıllıqların salınması, Hövsan kanalının müəyyən hissəsinin qapalı sistemə keçirilməsi, yeni çirkab sutəmizləyici qurğuların istismara verilməsi və s. işlər həyata keçirilsə də, istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan Xəzər dənizinin şimal və cənub sahil zolaqlarında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsi ötən ildə də müşahidə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixli 2244 nömrəli Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində istismara verilmiş qurğulara mütəmadi monitorinq nəzarəti həyata keçirilmiş və qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində təhlillər aparılmışdır.
2011-ci ildə Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan təlabatının ödənilməsi məqsədilə Respublikanın rayonlarında quraşdırılmış sutəmizləyici qurğulardan 209 su nümunəsi götürülərək, onlar üzərində 1700 mikrobioloji təhlil aparılmışdır.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2011-ci il ərzində Xəzər dənizinin sahil zolağı, eləcə də dəniz akvatoriyasında qeydə alınmış bütün ekoloji problemlərlə bağlı mütəmadi olaraq bülletenlər hazırlanaraq müvafiq icra strukturlarına göndərilmişdir.
Mövsümlə əlaqədar Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində razılaşdırılmış cədvəl əsasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilmiş, müxtəlif çimərlik ərazilərindən su nümunələri götürülərək, onların üzərində laborator müayinələr aparılmışdır. Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılmış ərazilərdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində olduğu müəyyən edilmişdir. Çimərlik ərazilərində keçirilmiş birgə monitorinqlərin nəticələrinə görə Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərlik ərazilər istifadəyə yararlı olmuşdur.
Hər il olduğu kimi cari ildə də Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar Bakı şəhəri Binəqədi rayonunun 157 və 276 saylı, Nərimanov rayonunun 291 saylı, Nəsimi rayonunun 28 saylı orta məktəblərində “Mavi Xəzərim” mövzusunda keçirilən lektoriyalarda, Bakı Dövlət Universitetində isə “Xəzər dənizinin ekoloji problemləri və onun həlli istiqamətində görülən işlər” mövzusunda dəyirmi masada iştirak etmişlər.
Eyni zamanda il ərzində bir sıra qəsəbələrin sahil zolağında iməciliklər keçirilmişdir.