Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
10 Noyabr 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, 06 və 07 noyabr 2011-ci il tarixlərində yağan intensiv yağıntılar nəticəsində Böyük Qafqazın, xüsusən də Lənkəran ”“ Astara bölgəsinin çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Belə ki, noyabrın 07-də Lənkərançayda suyun səviyyəsi 77 sm artmışdır. Hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 100-210, Böyük Qafqaz çaylarında 80-165, Kiçik Qafqaz çaylarında 105-130, Naxçıvan MR çaylarında isə 90-100 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 200 m3/san, yəni ongünlük normanın 107 faizini təşkil edir (2010-cu ildə 137 m3/san olmaqla ongünlük normanın 73 faizini təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 136 m3/san, yəni ongünlük normanın 161 faizini təşkil edir (2010-cu ildə 72 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 564 sm (2010-cu il noyabrın 10-da 487 sm), Şirvanda 459 sm (2010-cu il noyabrın 10-da 399 sm ), Salyanda 452 sm (2010-cu il noyabrın 10-da 421 sm), Bankədə 305 sm (2010-cu il noyabrın 10-da 265 sm), Araz çayının Novruzlu məntəqəsində isə 300 sm (2010-cu il noyabrın 10-da 235 sm) təşkil edir.