Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

04 Noyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabr ayının ilk günlərində Lənkəran- Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Böyük Qafqaz çaylarında 80-160, Kiçik Qafqaz çaylarında 100-130, Naxçıvan MR çaylarında isə normanın 90-100 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 176 m3/san, yəni ongünlük normanın 94 faizini (2010-cu ildə 195 m3/san olmaqla, ongünlük normanın 104 faizini) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 80 m3/san olmaqla, ongünlük normanın 95 faizini (2010-cu ildə 82 m3/san olmaqla, ongünlük normanın 97 faizini) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Son dörd gün ərzində Kür çayına tökülən çaylarda sululuğun azalması nəticəsində Kürün aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 23 sm, Şirvanda 12 sm, Bankədə 5 sm, Salyanda 10 sm, Araz çayının Novruzlu məntəqəsində isə 38 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 530 sm (2010-cu il noyabrın 04-də 482 sm), Şirvanda 439 sm (2010-cu il noyabrın 04-də 387 sm), Salyanda 443 sm (2010-cu il noyabrın 04-də 400 sm), Bankədə 298 sm (2010-cu il noyabrın 04-də 261 sm), Araz çayının Novruzlu məntəqəsində isə 260 sm (2010-cu il noyabrın 04-də 223 sm) təşkil edir.