“Azər Yod” MMC-yə məxsus yod istehsalı zavodunda növbəti araşdırma aparılıb
02 Noyabr 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2011-ci ilin 12-14 oktyabr tarixlərində “Azər Yod” MMC-yə məxsus yod istehsalı zavodunda ətraf mühitin mühafizəsi qanunvericiliyinin və bu sahədə qəbul edilmiş normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti araşdırılmışdır.
Aparılan araşdırma zamanı müəssisədə yod emalı prosesində atmosferə xlorun, kükürd qazlarının, yod və sulfat turşularının reqlament normaları çərçivəsində buraxıldığı, atqı sularından götürülmüş nümunələr üzərində aparılmış təhlillərin nəticəsinə görə ətraf mühitə atılan zərərli maddələrin miqdarının da norma daxilində olduğu və ətraf mühit üçün hər hansı təhlükənin olmadığı müəyyən edilmişdir. Bununla yanaşı, xammal kimi istifadə olunan suyun nəqli üçün istismar olunan boru kəmərlərinin müəyyən hissələrinin korroziyaya uğradığı, iki ədəd su çənində sızmaların olduğu, atqı sularının ətraf ərazilərə axıdıldığı məlum olmuş və problemlərin aradan qaldırılması məqsədilə müəssisəyə müvafiq icrası məcburi olan göstərişlər verilmiş və icra vəziyyəti Nazirlik tərəfindən nəzarətdə saxlanılır.