Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

31 Oktyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabr ayının son günlərində Lənkəran-Astara bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda sululuğun kəskin artımı müşahidə olunmuşdur. Belə ki, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 250-300, Böyük Qafqaz çaylarında 75-170, Kiçik Qafqaz çaylarında 95-120, Naxçıvan MR çaylarında isə normanın 80-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 158 m3/s, yəni ongünlük normanın 96 faizini (2010-cu ildə 180 m3/s olmaqla, ongünlük normanın 110 faizini təşkil edirdi) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 85,0 m3/san olmaqla, ongünlük normanın 93 faizini (2010-cu ildə 84 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edirdi) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son dörd gün ərzində yağan yağışlarla əlaqədar Kür çayına tökülən çaylarda sululuğun artımı nəticəsində Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 64 sm, Şirvanda 115 sm, Bankədə 30 sm, Salyanda 88 sm, Araz çayının Novruzlu məntəqəsində isə 120 sm artmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 548 sm (2010-cu il oktyabrın 31-də 445 sm), Şirvanda 440 sm (2010-cu il oktyabrın 31-də 353 sm ), Salyanda 448 sm (2010-cu il oktyabrın 31-də 366 sm), Bankədə 299 sm (2010-cu il oktyabrın 31-də 268 sm), Araz çayının Novruzlu məntəqəsində isə 295 sm (2010-cu il oktyabrın 31-də 179 sm) təşkil edir.