Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa İttifaqının direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək
27 Oktyabr 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Çexiya Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə 28 oktyabr 2011-ci il tarixində Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa İttifaqının (Aİ) direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək.
Seminar Avropa İttifaqına üzv olan dövlətlərin təcrübələrindən istifadə edilməklə milli və regional siyasi çərçivələrdə Aİ-nin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin həyata keçirilməsinə addım-addım yanaşmaq məqsədi daşıyır.
Tədbirdə aidiyyəti dövlət qurumları ilə yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı da nəzərdə tutulur.