Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

26 Oktyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 80-120, Lənkəran-Astara bölgəsi çaylarında 9-17, Naxçıvan MR-sı çaylarında isə normanın 60-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 158 m3/san, yəni ongünlük normanın 96 faizini (2010-cu ildə 148 m3/san olmaqla 90 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 62 m3/san, yəni ongünlük normanın 67 faizini (2010-cu ildə 104 m3/san olmaqla 113 faizini) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2010-cu il oktyabrın 25-də 420 sm), Şirvanda 301 sm (2010-cu il oktyabrın 25-də 338 sm ), Salyanda 322 sm (2010-cu il oktyabrın 25-də 332 sm), Bankədə 250 sm (2010-cu il oktyabrın 25-də 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 156 sm (2010-cu il oktyabrın 25-də 209 sm) təşkil edir.