Xəbərlər

Sentyabr ayı ərzində “Qaynar xətt”ə 94 müraciət daxil olub

20 Oktyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
2011-ci ilin sentyabr ayı ərzində ETSN-nin “Qaynar xətt”inə daxil olmuş 94 müraciətlə bağlı Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 22 müraciətlə bağlı araşdırma aparılarkən 5 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülmüş, 17 müraciət isə öz təsdiqini tapmamışdır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 43 müraciətlə bağlı yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilmişdir.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanması ilə əlaqədar daxil olmuş 29 müraciətdən 13-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülmüşdür. 12 müraciət öz təsdiqini tapmamış, 2 müraciət hazırda icradadır, 2 müraciətin isə əsassız olduğu məlum olmuşdur.