Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
17 Oktyabr 2011, 00:00
17 oktyabr 2011-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirmiş və müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıdığını və tarixi ictimai-siyasi hadisə olduğunu qeyd etmişdir.
O, müdrik dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışaraq bildirmişdir ki, Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Nazir həmçinin, müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yarandığını, təbii ehtiyatların, o cümlədən, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Həmçinin, Nazir H.Bağırov qeyd etmişdir ki, bu gün də Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyələri rəhbər tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün bu istiqamətdə vaxtilə başlanılmış işlər uğurla davam etdirilir, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır. Nazir H.Bağırov sonda bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf xəttinin uğurla həyata keçirilməsi üçün Nazirliyin kollektivi səylərini əsirgəməyəcək, bundan sonra da əzmlə çalışacaqdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edən millət vəkili Fəttah Heydərov və Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının da çıxışları dinlənildi. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə peşə bayramı ərəfəsində “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi” medalları və “Əməkdar mühəndis” adına layiq görülmüş bir qrup Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına mükafatlar təqdim olundu.