Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

12 Oktyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 80-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-20, Naxçıvan MR-sı çaylarında isə normanın 80-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 140 m3/san, yəni ongünlük normanın 83 faizini (2010-cu ildə 127 m3/san olmaqla 75 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 64 m3/san, yəni ongünlük normanın 60 faizini (2010-cu ildə 208 m3/san olmaqla 194 faizini) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 429 sm (2010-cu il oktyabrın 12-də 462 sm), Şirvanda 330 sm (2010-cu il oktyabrın 12-də 386 sm ), Salyanda 353 sm (2010-cu il oktyabrın 12-də 424 sm), Bankədə 251 sm (2010-cu il oktyabrın 12-də 265 sm), Araz çayının Novruzlu məntəqəsində isə 215 sm (2010-cu il oktyabrın 12-də 220 sm) təşkil edir.