“Xəzər həftəsi” başa çatdı
01 Oktyabr 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 26”“30 sentyabr 2011-ci il tarixlərində keçirilən “Xəzər həftəsi”nə yekun vuruldu.
“Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında (Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində) vətəndaşların,
yerli icra strukturlarının, qeyri-hökumət təşkilatlarının təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklər keçirilmiş, məişət və sənaye tullantıları yığılaraq zibil poliqonuna daşınmışdır. Həmçinin, orta təhsil müəssisələrində “Mavi Xəzərimiz” mövzusunda lektoriyalar təşkil edilmiş, idarə və müəssisələrdə Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxunmuş və dəyirmi masalar təşkil olunmuşdur. Keçirilən tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar verilmiş, eyni zamanda hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ edilmişdir.
Eyni zamanda, Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Xıllı Nərə Balıqartırma zavodunda olmuşlar.
Burada jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqlar nümayiş etdirilmiş, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Bununla da, “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar Nazirlik müvafiq Tədbirlər Planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində nəzərdə tutulan bütün tədbirləri başa çatdırmışdır.