Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin sahil zolağında iməciliklər keçirilib

30 Sentyabr 2011, 00:00

“Beynəlxalq Dəniz Günü” ərəfəsində ölkəmizdə “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə ETSN tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq 30 sentyabr 2011-ci il tarixində Bakı və Sumqayıt şəhərlərinin Xəzər dənizi sahil zolağında iməciliklər təşkil olunmuşdur.
İməciliklərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə bələdiyyə, ictimaiyyət,
QHT nümayəndələri də iştirak etmiş və Buzovna qəsəbəsinin sahil zolağındakı 20 hektar ərazi 15-m3-dən artıq, Sumqayıt şəhəri Nəsimi adına parkla Xəzər dənizi arasındakı sahil zolağının 5 hektar ərazisi isə 8m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənmişdir.
Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlmişdir.