“Xəzər həftəsi” ilə əlaqədar tədbirlərə start verildi
26 Sentyabr 2011, 00:00
“Beynəlxalq Dəniz günü” ilə əlaqədar 26”“30 sentyabr 2011-ci il tarixlərində “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə ETSN tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən Respublikanın bir sıra orta təhsil müəssisələrində “Mavi Xəzərimiz” mövzusunda lektoriyalar təşkil olunmaqla müxtəlif kütləvi, maarifləndirici tədbirlərə start verildi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə su hövzələrinin zənginliyi, eyni zamanda onun resurslarının qorunmasının vacibliyi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumatlar verilmişdir.
“Beynəlxalq Dəniz günü” ilə əlaqədar keçiriləcək tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlmişdir.