Xəbərlər

Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar iməcilik keçirilmişdir

17 Sentyabr 2011, 00:00

Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar 17 sentyabr 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə yanaşı, yerli icra strukturlarının, QHT-in, bələdiyyələrin və digər özəl təşkilatların 200 nəfərə yaxın nümayəndəsinin iştirakı ilə Qaradağ rayonunun Şıxlar bağ massivi ərazisində iməcilik keçirilmiş, 35 hektar ərazi 12 m3-ə qədər məişət tullantısından təmizlənmişdir.
Keçirilən tədbirin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.
Xatırladaq ki, Beynəlxalq Sahilyanı Təmizlik aksiyası çimərliklərin, daxili suların, okeanın zibil və tullantılardan təmizlənilməsi məqsədilə hər il həyata keçirilir.