11-ci Beynəlxalq Pestisidlər Forumunun yekununda Qəbələ Bəyannaməsi qəbul olundu
09 Sentyabr 2011, 00:00
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə 7 sentyabrda Qəbələ şəhərində start götürən 11-ci Beynəlxalq Pestisidlər Forumu bu gün öz işini başa vurdu.
Xatırladaq ki, Forumda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert Davamlı Üzvi Çirkləndiricilər (DÜÇ), köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin ətrafında müzakirələr apardı.
Forumun sonuncu günündə keçirilən sessiyalar iki paralel istiqamətdə davam etdi. “9 Şərqi Avropa Qafqaz və Mərkəzi Asiya ölkələrində Davamlı Üzvü çirkləndiricilər və pestisidlər haqqında bacarıqların artırılması”, Fao-Gef regional layihəsinin inkişafı üzrə keçirilən sessiyada Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində köhnəlmiş pestisidlərin araşdırılmasının gücləndirilməsi mövzusunda müzakirələr aparıldı, Rumıniya, Makedoniya, Belarusiya, Moldova Respublikalarının ekspertlərinin köhnəlmiş pestisidlərin idarə edilməsi, inventarlaşdırılması, ictimaiyyətin maarifləndirilməsi və s. mövzularda çıxışları dinlənildi.
DÜÇ-ün idarə edilməsi və məhvi məsələlərinə həsr olunmuş 2-ci sessiyada isə Qazaxıstanda DÜÇ-ün həlli yolları, təhlükəli tullantıların beynəlxalq emalı, Orion fəlsəfəsi və texnologiyası ilə Polixlorbifenillərin (PXB) emalı layihəsi, İranda PXB təcrübəsi, köhnəlmiş pestisidlər və başqa üzvü çirkləndiricilərin məhv edilməsinin termal metodları, superkritik pestisidlərin məhvi və s. mövzularda çıxışlar oldu.
7-9 sentyabr 2011-ci il tarixlərində Qəbələ şəhərində keçirilən 11-ci Beynəlxalq Pestisidlər Forumunun yekununda Qəbələ Bəyannaməsi qəbul olundu.