Şahdağ-Tufandağ ərazilərindən mütəxəssislər və bütün vətəndaşlar birbaşa canlı görüntüləri izləyə bilər
09 Sentyabr 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorlogiya Departamentinin Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinin mütəxəssisləri tərəfindən Şahdüzündə (dəniz səviyyəsindən 3000 metrə yaxın yüksəklikdə) yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində quraşdırılmış xüsusi avadanlıq vasitəsilə ətraf ərazilərin videogörüntülərinin internet vasitəsilə canlı rejimdə ötürülməsi və həmin görüntülərin məsafədən idarə olunması təmin edilmişdir.
Eyni zamanda, Şahdağın Kabaş yüksəkliyində (3600 metr) quraşdırılmış avtomat meteoroloji stansiyadan da GSM texnologiyalar vasitəsilə fotogörüntülər hər 3 saatdan bir birbaşa müvafiq instansiyalara və Nazirliyin internet saytına ötürülür.
Bildiririk ki, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi və onun ətraf ərazilərinin videogörüntülərini www.eco.gov.az saytından izləmək mümkündür.
Qeyd edək ki, Azərbaycanın yüksək dağlıq ərazilərinin müasir iqlim dəyişmələri fonunda iqlim-hava şəraitinin öyrənilməsi baxımından həllini və tətbiqini tapmış mürəkkəb texniki imkanlar vasitəsi ilə Şahdağ-Tufandağ ərazilərindən mütəxəssislər və bütün vətəndaşlar birbaşa canlı görüntüləri izləyə bilər.