11-ci Beynəlxalq Pestisidlər Forumu davam edir
08 Sentyabr 2011, 00:00
7 sentyabr tarixində işə başlayan 11-ci Beynəlxalq Pestisidlər Forumu bu gün günün birinci yarısında 3 paralel sessiyada öz işini davam etdirdi.
Günün birinci yarısında keçirilən sessiyalarda pestisidli ərazilərin qiymətləndirilməsi üzrə alətlər, polixlorbifenillərin (PXB) davamlı ekoloji idarə edilməsi üzrə beynəlxalq təcrübə, ictimaiyyətin məlumatlandırılması, ictimai iştirak və ictimai sağlamlıq məsələləri üzrə müzakirələr aparıldı.
Günün ikinci yarısında isə Moldovanın Ətraf Mühit Naziri cənab Corc Salarunun sədrliyi ilə İsveç və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya proqramı tərəfindən dəstəklənən “Azərbaycanda ictimaiyyətin məlumatlandırılması və inventarlaşdırması üzrə pilot layihə”, ərazilərdə tanınmayan maddələrin müəyyən olunması problemləri, çirklənmiş torpaqlar mövzusunda müzakirələr aparılır.
Müzakirələrdən sonra tədbir iştirakçılarına Jan Van Den Berginin pestisidlərlə əlaqədar çəkdiyi “Sakit qar” filmi nümayiş etdiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunun “Qafqaz Riverside” mehmanxanasında keçirilən 11-ci Beynəlxalq Pestisidlər Forumu 9 sentyabr tarixinədək davam edəcək.