Xəbərlər

Qəbələdə keçiriləcək 11-ci Beynəlxalq Pestisid Forumunda 120-dən artıq ekspert iştirak edəcək

05 Sentyabr 2011, 00:00

40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspertin iştirakı ilə Qəbələdə keçiriləcək 11-ci Beynəlxalq Pestisid Forumu Davamlı Üzvi Çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında müzakirələrin aparılması üçün platforma yaradacaq.
Forum Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisid Assosiasiyası (İHPA) tərəfindən, həmçinin Niderland Krallığı, Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəzi və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilir.
11-ci Forum ölkələr, ekspertlər, təşkilatlar və donorlar arasında daha geniş informasiya mübadiləsi və mümkün əməkdaşlığın yaradılması məqsədi ilə hökumətləri, donorları, BMT agentliklərini, hökumətlərarası təşkilatları, QHT-ləri, elmi və özəl sektoru bir araya gətirəcək.