Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 Avqust 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-220, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Kiçik Qafqazın çaylarında 110-120, Naxçıvan MR çaylarında isə normanın 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 92,0 m 3/s, ongünlük normanın 75 faizini (2010-cu ildə 86,0 m3/s olmaqla 71 faizini) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 113 m 3/san olmaqla, ongünlük normanın 165 faizini (2010-cu ildə 51,0 m3/s olmaqla 74 faizini) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2010-cu il avqustun 23-də 489 sm), Şirvanda 307 sm (2010-cu il avqustun 23-də 413 sm ), Salyanda 304 sm (2010-cu il avqustun 23-də 437 sm), Bankədə 241 sm (2010-cu il avqustun 23-də 279 sm), Araz çayının Novruzlu məntəqəsində isə 157 sm (2010-cu il avqustun 23-də 185 sm) təşkil edir.